“Əbədi Birlik” Gənclər İctimai Birliyi və “Kerkük Kültür Derneği”nin birgə təşkilatçılığı ilə, Gəncliyə Yardım Fondunda “Azərbaycan — İraq Türkmənləri: Tarixi və Ədəbi Əlaqələr ” adlı möhtəşəm tədbir keçirilib.
Bu barədə gənclər qurumundan araz.az xəbər portalına daxil olan məlumatda deyilir ki, dünya türkmənlərini əbədi birliyə səsləyən bu önəmli tədbirdə Azərbaycan Milli Məclisinin deputatı Ceyhun Məmmədov, kərküklü şair-tədqiqatçı, “Kerkük Kültür Dərnəgi”nin rəhbəri Dr. Şəmsəddin Kuzəçi, “Əbədi Birlik” təşkilatının sədri Şahin Əliyev, AMEA-nın müxtəlif elmi-tədqiqat institutlarının əməkdaşları və digər tanınmış şəxslər iştirak ediblər.
Əvvəlcə türkmən ədəbiyyatı və tarixinə dair, eyni zamanda Azərbaycan — İraq Türkmənlərinin ədəbi və tarixi əlaqələri haqqında gərəkli fikir mübadiləsi aparılıb. Fikirlər müxtəlif olsa da, hər kəs bu həssas dövrdə əbədi birliyin vacibliyini xüsusi vurğulayıb.
Daha sonra qürurverici təltifetmə mərasimi keçirilib.
Tahir HÜSEYNOV,
araz.az xəbər portalı.