4FCCF37C CB0D 4273 802A 49709F6306AB

Tanınmış ilahiyyatçı Elşən Mustafaoğlu ilə bağlı Prezidentə müraciət olunub.

Gununsesi.org xəbər verir ki, bu haqda rejissor Elçin Ağazadə özünün sosial şəbəkə profilində paylaşım edib.

Qeyd edək ki, Elşən Mustafaoğlu fəlsəfə doktoru və ilahiyyatçıdır, 2014-cü ildə ləğv edilmiş MTN əməkdaşları tərəfindən həbs olunub.

Müraciəti olduğu kimi təqdim edir:

Əziz mediada çalışan dostlarım. Xahiş edirəm bu müraciətimi dərc edəsiz. Bir ailənin, bir ziyalının həyatını gəlin birgə xilas edək. Ümumiyyətlə facebookda bu müraciət maksimum derecede yayılsa yaxşı olar.
Dostlar, Elşən müəllimin ailəsi çox pis vəziyyətdədir. Onun sizdən başqa heç kimi yoxdur. Sizdən rica edirəm bu işə laqeyid yanaşmayasınız.(

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə
Azərbaycan Respublikasının vitse-Prezidenti Mehriban Əliyevaya
Cənab Prezident
Hörmətli Mehriban xanım

Sizə müraciət edərək ölkəmizin ziyalıları, ictimai fəalları və vətəndaşları olaraq xahiş edirik tanınmış ilahiyyatçı-alimi, elm və ictimaiyyət xadimi, fəlsəfə tarixi ixtisası üzrə fəlsəfə doktoru Elşən Mustafa oğlu Mustafayevin ƏFV edəsiniz.

Elshan Mustafaoglu dəyərli bir insandır. 16 dekabr 2014-cü il tarixdə keçmiş MTN-ə dəvət olunmuş, AR CM-nin 274-cü maddəsilə həbs olunmuşdur. 30 dekabr 2016-cı il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsi onu 10 (on) il müddətinə həbs cəzasına məhkum edib. Artıq 5-ci ildir ki, ilahiyyatçı-alim həbsdədir.

Məhkəmə prosesində iştirak edənlər, vəkili və Elşən Mustafaoğlunun dostları olaraq tam əminliklə bildirə bilərik ki, Elşən Mustafayevin əməlində heç bir cinayət yoxdur. İş konkret faktlara yox, müstəntiqin fərziyələrinə əsaslanıb. Elşən Amerika-Azərbaycan Jurnalistika Akademiyasının direktoru, İctimai Televiziyada veriliş müəllifi və aparıcısı, . Norveçdə Universitetdə elmi layihələrin müəllifi olub. Amerikanın Dallas şəhərinin fəxri vətəndaşıdır. Elşən Mustafaoğlunun elmi araşdırmaları dairəsində Quranşünaslıq, tarix, fəlsəfə, hədis elmi, fiqh, müxtəlif dini-ideoloji cərəyanların nəzəriyyələri, dinlərarası münasibətlər, habelə mənəvi kateqoriyalar, ruhi-psixoloji fenomenologiya, intellektin inkşafı və s. kimi sahələr aiddir.

Belə bir insana qarşı keçmiş MTN-də atılan böhtan və şərə biz bu günə qədər inanmırıq. İnanmayacıq da. Elşən Azərbaycanı sevən, onun qanunlarına riayət edən sədaqətli bir Vətəndaşdır.

Cənab Prezident
Hörmətli Mehriban xanım

Elşən Mustafayev əfv ərizəsi ilə Sizə müraciət edərək həbsdən azad olunmasını xahiş edib.
Biz Azərbaycan ziyalıları olaraq onun bu xahişini dəstəkləyib, Sizə müraciət edib Sizdən xahiş edirik, humanist addım ataraq Elşən Musafayevi əfv edib həbsdən azad edəsiniz. Onu ağır durumda olan ailəsinə, 3 azyaşlı balasına qovuşdurasınız. Sizi əmin edirik ki, o, həbsdən azad olunacağı təqdirdə bütün bilik və bacarığı ilə dövlətimizin, cəmiyyətimizin elmi-mənəvi inkişafı sahəsində xidmə göstərəcək və ölkəmizə fayda verəcək.
Sizin humanistliyinizə inanır və ümid bəsləyirik.

Dərin hörmətlə,
Zaur Aliyev, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent
Elçin Ağazadə rejissor
və bura imza atan onlarla, yüzlərlə ziyalılar, elm, mədəniyyət və ictimaiyyət xadimləri…

 

araz.az xəbər portalı.