Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının İntizam Komissiyasına
Şövkət Ağamirzə qızı Azayeva tərəfindən ŞIKAYƏT ƏRİZƏSİ
Nəzərinizə çatdırmaq istəyirəm ki, oğlum Allahverdiyev Rafael Mehdi oğlunun təqsirləndirilməsinə dair cinayət işi üzrə oğlumun vəkili Məmmədov Adəm Məhərrəm oğlu olmuşdur. Qeyd edim ki, ibtidai istintaq zamanı oğlumun heç bir günahının olmamasına baxmayaraq istintaq tərəfindən oğluma qondarma ittiham verilmiş, tam şəkildə yüklənmiş və saxta ittiham verilmişdir. Bundan sonra oğlumun hüquqlarının müdafiəsi üçün vəkil Adəm Məmmədovu müdafiəçi kimi tutduq. Bununla da qara günlərimiz başlamışdır. Verilən saxta ittihamı hüquqi cəhətdən oğlumun günahsızlığını sübut etmək əvəzinə öz “makler” fəaliyyətini işə salmağa başlamışdır.
Belə ki, müdafiəçi kimi 13000(on üç min) manat məbləğində pul alaraq mənə oğluma tam bəraət alacağını vəd vermişdir.
Bizə məhkəmədə səssiz olmağın lazım olduğunu və hakimlə özünün danışıb məsələni həll edəcəyini bildirmişdir. Mənim həyat yoldaşım Mehdi Allahverdiyev keçmiş hərbiçi, peşəkar zabit və 1-ci Qarabağ Döyüşlərinin qazisidir. Həyat yoldaşım yeganə evimizi satıb pulu oğlumuzun qurtarılmasını vəd edən vəkil Adəm Məmmədov üçün saxlamışdır. Oğlumun günahsız olması və Adəm Məmmədov tərəfindən verilən vədlər bizdə əminlik və inam yaratmışdır. Məhkəmə prosesinin sonunda “bəraət alınmır”, “prokuror cəzanı çox istəyib” “mütləq qaydada 20000(iyirmi min) verilməlidir” kimi ifadələrlə bizi aldadaraq bizdən 20000(iyirmi min) manat məbləğində pul almış və həmin pulu Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Cavid Səfərliyə verdiyini bildirmişdir. Əlavə olaraq bildirmək istəyirəm ki, bütün bu məqamlarda əvvəllər Adəm Məmmədovun köməkçisi olmuş hazırda vəkillik fəaliyyətiylə məşğul olan Əmiraslanova Zəribə Məmməd qızı da iştirak etmişdir. Həmçinin qeyd etdiyim ümumilikdə 33000(otuz üç min) manat məbləğində pul vəsaiti Zəribə Əmiraslanovanın iştirakıyla Adəm Məmmədova verilmişdir. Qeyd edim ki, bizə qarşı açıq-aşkar dələduzluq edilmişdir. Daha sonra tərəfimdən Nərimanov Rayon Polis İdarəsinə şikayət edilmiş və şikayət istintaq şöbəsinin müstəntiqi Adəm Məmmədovla kirvəlik münasibətində olan Əliyev Kamran Sabir oğlunun icraatında olmuşdur. O, isə işi birtərəfli qaydada Adəm Məmmədovun “vəkilliyini” edərək aparmışdır. Bütün bu qanunsuzluqlardan sonra məcbur qalaraq bütün olanları nəzərinizə çatdırmalı olmuşam. Sözügedən məsələ ilə bağlı bütün dövlət qurumlarına şikayət etmişik. Hiss olunur ki, Vəkillər Kollegiyasının rəhbərliyi yüzlərlə şikayət edilən Adəm Məmmədovu himayə edir.
Yuxarıda göstərilənlərə əsasən Sizdən xahiş edirəm ki, Adəm Məmmədovun bizə qarşı törətmiş olduğu qanunsuz əməllərlə bağlı araşdırma aparıb, Adəm Məmmədovun cəzalandırılmasını təmin edəsiniz!
İmza: Ş. A. Azayeva.
ÜNVANIM: Bakı şəhəri, Qara Qarayev pr., ev, 114, mənzil, 98.
Əlaqə telefonum: 070-386-53-86
araz.az xəbər portalı.