Bu gündən paytaxtın 171 nömrəli avtobus marşrutu fəaliyyətini dayandırıb. araz.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Məlumatda bildirilib ki, həmin xətt üzrə (Bilgəh qəsəbəsi – “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi) 150 nömrəli marşrut istifadədə olacaq.
Qeyd olunub ki, 150 nömrəli şəhərətrafı müntəzəm avtobus marşrutu üzrə keçirilən müsabiqənin nəticəsinə əsasən, “BakuBus” MMC komissiya üzvləri tərəfindən qalib elan olunub.
Sözügedən marşrut üzrə sərnişindaşıma müasir və komfortlu avtobuslarla, nağdsız ödəniş əsasında həyata keçiriləcək.
Azərbaycan paytaxtında 60 nömrəli müntəzəm marşrut xətti isə, artıq, “BakuBus” MMC-nin istismarında olacaq. araz.az xəbər verir ki, bu barədə şirkətdən məlumat daxil olub.
Qeyd edək ki, sözügedən marşrut xətti Bakının Xətai rayonunun Polad Həşimov küçəsi ilə metronun “Koroğu” stansiyasını birləşdirir.
araz.az xəbər portalı.
AKTUAL
Gürcüstan Azərbaycanlıları Konqresi sədrinin Rövşən İsgəndərovla bağlı dediklərinə REAKSİYA VAR
Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubovun Marneuli Bələdiyyə Məclisi sədrinin keçmiş müavini Rövşən İsgəndərovla …