Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə Gürcüstanda keçirilən “Eternity-2024” çoxmillətli komanda-qərargah təlimi başa çatıb. Bu barədə məlumat araz.az-a Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin mətbuat xidmətindən daxil olub. Məlumatda deyilir ki, bu təlimin keçirilməsində əsas diqqət Azərbaycan, Türkiyə və Gürcüstanın silahlı qüvvələri arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və uzlaşmanın təmin edilməsinə yönəldilib. Hər üç ölkənin hərbi qulluqçuları və aidiyyatı dövlət qurumlarının nümayəndələri Vaziani təlim mərkəzində strateji əhəmiyyətli, regional iqtisadi layihələrin mühafizəsinin təşkili üzrə tapşırıqları yerinə yetiriblər.
araz.az xəbər portalı.