Məhəmməd ƏSƏDULLAZADƏ,              siyasi ekspert.              ……………………………………………………

İsrailin İrana cavab zərbəsi endirməsi ilə tərəflərin bir-birinə qarşı cavabı yekunlaşacaq. Xüsusilə İran genişmiqyaslı müharibədə maraqlı görünmür. Amma, proksi qüvvələrinin sıradan çıxarılmasına səssiz dayanmaq istəmir. İsrail və ABŞ İranı zəiflədəcəklər. Qərb Rusiyani Ukraynada bataqlığa salaraq zəiflətdiyi kimi İranı da eyni aqibət gözləyir.

Ümumiyyətlə, ABŞ üçün Rusiya və İran strateji təhdid sayılır. Ona görə də hər iki tərəfə qarşı başladılan hücum beynəlxalq təhlükəsizliyi təhdid edir. Yeni siyasi nizama doğur gedir.İran Qərbin şərtlərini qəbul edib, danışıqlara getməsə, Tehranın ənənəvi siyasət yeritməs mümkün olmayacaq.

Yaxın Şərqdə davam edən müharibə Türkiyənin geosiyasi maraqlarını təhdid edir. Türkiyəyə qarşı regionda yeni Kürd dövləti qurulması 2003-cü ildən bəri plandadır. ABŞ Suriyanın şimalında Kürd muxtariyyəti quraraq, İraqın şimalinda kürd muxtariyyəti ilə birləşməsinə çalışır. İsraildə bu planı dəstəkləyir. Suriya və İraqın parçalanmasi yeni siyasi nizamın tərkib hissəsi kimi qəbul edilib.

Türkiyə təhlükəsizliyini təmin etmək və özünə qarşı yeni kürd dövlətinin yaradılmasının qarşısını almaq üçün Şimali Suriyanı və Mosulu öz ərazi bütövlüyünə daxil etməsə, təhlükələrnən üzləşəcək. Onsuzda İraq və Suriyada hakimiyyətlər sünidir və real siyasi sistemə malik deyillər.

araz.az xəbər portalı.