Başqırdıstanın paytaxtı Ufada məhkəmə yol polisi alayının keçmiş rəisi, Daxili İşlər Nazirliyinin polkovnik-leytenantı İrşat Kulsinbayevi cərimələyib.
Rusiya mediası bildirir ki, əməlindən peşman olan Kulsinbayev 4000 rubl (təxminən 73 manat) ödəməlidir. araz.az qeyd edir ki, bu il aprelin 9-da yol polisi müfəttişləri şəhərin küçələrində dolanan “Toyota Land Cruiser”i görüblər. Sürücü əməkdaşların saxlamaqla bağlı qanuni tələblərinə məhəl qoymayıb və qaçmağa cəhd edib. Bundan sonra yol polisləri rəisi təqdib ediblər. Nəticadə, o, saxlanılıb.
Bu hərəkətlərinə görə, polis əməkdaşları camaat tərəfindən alqışlanıb. Onlara rəsmi təşəkkür də elan olunub və bu hərəkətləri təqdirəlayiq hal kimi xüsusi vurğulanıb.
Nadir HƏSƏNLİ,
araz.az xəbər portalı.