“Üç il əvvəl Aşıq Ələsgərin adının əbədiləşdirilməsi üçün Prezident İlham Əliyev tərəfindən iki Sərəncam imzalanıb. Bir Sərəncam əsasında Aşıq Ələsgərin 200 illik yubileyi dövlət səviyyəsində qeyd edilib. İkinci Sərəncam əsasında onun abidəsinin ucaldılması məsələsi nəzərdə tutulurdu və bu da bu günlərdə həyata keçirilib.

Azərbaycanda Aşıq Ələsgərin yubileyinin keçirilməsi ənənəsinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Cənab Prezident İlham Əliyevin Sərəncamı əsasında yaradımış bu möhtəşəm abidə dövlətimizin başçısının Aşıq Ələsgər şəxsiyyətinə, irsinə, yaradıcılığına verdiyi çox yüksək qiymətin bariz nümunəsidir, böyük mədəniyyət hadisəsidir. Bu cür mədəniyyət hadisələri cəmiyyətin birliyini və milli kimliyini gücləndirir. Aşıq Ələsgərin abidəsi onun xatirəsini əbədiləşdirməklə yanaşı, aşıq sənətinin dəyərlərinin cəmiyyətə tanıdılması, gənc nəsillərə bu mədəni irsin öyrədilməsi və gələcək nəsillərə ötürülməsini hədəfləyir. Prezident İlham Əliyevin dediyi kimi, abidə Aşıq Ələsgərin xatirəsinə Azərbaycan xalqının hörmətinin əlamətidir. Ancaq, eyni zamanda, bu abidə bütün Qərbi azərbaycanlıları və bütün Azərbaycan xalqını yenə də bir amal uğrunda birləşməyə dəvət edən hadisədir. Cənab Prezident qətiyyətlə bildirdi ki, “Gün gələcək biz Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edəcəyik və Ağkilsə kəndində buna oxşar mərasim keçirəcəyik. Qərbi azərbaycanlıların görkəmli nümayəndəsinin abidəsinin ucaldılması təbii olaraq, ilk növbədə, Aşıq Ələsgərin xatirəsinə Azərbaycan xalqının hörmətinin əlamətidir. Ancaq, eyni zamanda, bu abidə bütün Qərbi azərbaycanlıları və bütün Azərbaycan xalqını yenə də bir amal uğrunda birləşməyə dəvət edən hadisədir”.

araz.az bildirir ki, bu sözləri aia.az-a millət vəkili, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Əziz Ələkbərli söyləyib.

Müsahib qeyd edib ki, “bu abidə həm də siyasi məna kəsb edir. Heykəldə təsvir olunan elementlər bir haraydır, çağırışdır. Dədə Ələsgər bizi doğma torpaqlara qyıdışa səsləyir, müqəddəs sazı, dərin mənalı sözü ilə dədə-baba yurlarımıza dönüşün vaxtı çatdığını deyir. Bizi gözləyən, bizlər üçün qəribsəyən ata yurdumuza sahib çıxmaq, o torpaqlara Qarabağ və Şərqi Zəngəzur kimi yeni həyat bəxş etmək bizim borcumuzdur, müqəddəs vəzifəmizdir”.

Əziz Ələkbərli bildirib ki, “cənab Prezident bu abidənin yaradılması üçün Sərəncam imzalayanda çox uzaq məqsədləri hədəfləmişdir. İndi o hədəflər bizə o qədər yaxındır ki, bu siyasəti dəstəkləməklə arzularımızı həyata keçirə bilərik. Bunun da yolu, cənab Prezidentin söylədiyi kimi xalq-iqtidar birliyindən keçir. Bu sarsılmaz birlik sayəsində torpaqlarımızı işğaldan azad etdiyimiz kimi, ata yurdlarımıza qayıdışı da təmin edəcəyik. Gün gələcək ki, bundan da möhtəşəm bir abidə Dədə Ələsgərin doğma kəndi olan Göyçə mahalının Ağkilsə kəndində ucalacaqdır. Bunu ölkəmizin başçısı, cənab Prezident İlham Əliyev inamla, qətiyyətlə bəyan etmişdir. Yeni tariximizin ən böyük şəxsiyyəti olan cənab İlham Əliyevin sözü isə bir həyat həqiqətidir, reallıqdır. O gün mütləq gələcəkdir. Bax, onda Dədə Ələsgər uzun ayrılıqdan sonra doğma torpağa qovuşaraq rahatlıq tapmış ruhu ilə qəlbimizi ehtizaza gətirəcəkdir.”

Əziz Ələkbərli müsahibəsinin sonunda deyib: “Məsələnin əsas mahiyyətini dərk etmək lazımdır. Heykəlin qoyulmasındakı məqsədin, incə məqamların mahiyyətinə varmaq kifayət qədər dünyagörüşü, siyasi hazırlıq tələb edir. O gün isə uzaqda deyil. Cənab Prezidentin açılış nitqində söylədiyi: “Bu gün Qərbi azərbaycanlıların görkəmli nümayəndəsinin abidəsinin ucaldılması təbii olaraq, ilk növbədə, Aşıq Ələsgərin xatirəsinə Azərbaycan xalqının hörmətinin əlamətidir. Ancaq, eyni zamanda, bu abidə bütün Qərbi azərbaycanlıları və bütün Azərbaycan xalqını yenə də bir amal uğrunda birləşməyə dəvət edən hadisədir. Biz o günü səbirsizliklə gözləyirik, inanırıq, mən də inanıram, siz də inanırsınız. Gün gələcək biz Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edəcəyik və Ağkilsə kəndində buna oxşar mərasim keçirəcəyik” fikri bunu isbat edir, bizi yeni amllar uğrunda birləşməyə dəvət edir.

Qərbi Azərbaycan İcması olaraq dövlət başçısına öz minnətdarlığımızı bildirir, və cənab Prezidentin müəyyən etdiyi hədəflərə çatmaq uğrunda mübarizəmizin daha da əzmlə davam etdiriləcəyini bildiririk”.

araz.az xəbər portalı.