Məhkəmə — Hüquq Şurasının hüquqlarının artırılmasını Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin keçirilən son iclasında millət vəkilləri də vacib hesab ediblər. araz.az-a daxil olan məlumata görə, müzakirəyə çıxarılan “Məhkəmə-Hüquq Şurası haqqında” qanuna təklif edilən dəyişiklikləri ölkənin tanınmış hüquqşünasları da, təqdirəlayiq hal kimi qeyd ediblər. Çünki bu dəyişikliklərdə onların çoxdan istədikləri öz əksini tapıb.

Dəyişikliklər layihəsinə əsasən, Məhkəmə — Hüquq Şurasının hüquqları sırasına aşağıdakılar daxil ediləcək:

— Vakant hakim vəzifələrinə namizədlərin seçilməsi qaydalarını müəyyən etmək;

— Hakimlərin Qiymətləndirilməsi Komitəsi haqqında Əsasnaməni təsdiq etmək və Hakimlərin Qiymətləndirilməsi Komitəsini formalaşdırmaq;

— İlk dəfə 3 il müddətinə təyin olunan hakimlərin müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisələrində təlimə cəlb edilməsi qaydalarını müəyyən etmək;

— Məhkəmə hakimiyyəti orqanlarının və Məhkəmə-Hüquq Şurasının aparatlarında dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibələrin nəticələrindən verilən şikayətlərə baxılması üçün Məhkəmə-Hüquq Şurasının Apellyasiya Şurasını yaratmaq.

Məhkəmə — Hüquq Şurasının vəzifələri sırasına isə, Şuranın Apellyasiya Şurasının Əsasnaməsini təsdiq etmək daxil olunub.

araz.az xəbər portalı.