Şeyx İmadəddin Nəsimini 650 İlliyi qarşısında
Namiq Atabəyli-Şirvani
(Yazıçı-publisist)
Şirvan Azərbaycanının ilk sufi şairi və filosofu Baba Dağ (Kuhi) Bakuvi-Şirvani
Şirvan Azərbaycanının ilk sufi şairi və filosofu Baba Dağ (Kuhi) Bakuvi-Şirvani
Şirvan Azərbaycanının ilk sufi şairi və filosofu Baba Dağ (Kuhi) Bakuvi-Şirvanidir (933-1050). Azərbaycan Prezidenti İlham Əliyev Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalamışdır. Sərəncamda deyilir: “Nəsimi dünya poeziyasının ən kamil nümunələri sırasında diqqətəlayiq yer tutan əsərlərində daim insanın əzəmətini, insani məhəbbəti və şəxsiyyətin azadlığını tərənnüm etmişdir.”
Bu həqiqətən də belədir. Əks-təqdirdə, 2017-ci ilin may ayında Parisdə YUNESKO-nun baş qərargahında Nəsiminin vəfatının 600 illiyi qeyd edilməzdi. Şeyx İmadəddin Nəsimi kimi dahini isə Orta əsr ümumdünya mədəni mərkəzlərindən sayılan qədim Şaqmaxı və Bakı mühiti yetirmişdir. Azərbaycan ədəbiyyatı tarixində adı olmayan X əsr klassiki- dahi filosof, şair və ilahiyyatçı: Baba Kuhi Bakuvi-Şirvaninin tarixi şəxsiyyətinə layiqincə qiymət verilmədikcə, Şeyx İmadəddin Nəsimiyə ümumxalq məhəbbətindən danışmaq qeyri-ciddi görünür. Bir klassik Divanı, üç fəlsəfi traktatı, 30 min mənzum hekayəti və 3 min hədisi ilə Baba Dağ dünya mədəniyyətinin ən nəhəng sufi simasıdır.
Azərbaycan Prezidentyinin Sərəncamı elm və sənət adamlarının qarşısına mühüm vəzifələr qoymuşdur. Bu sahədə Azərbaycan Milli Kitabxanası Nəsimi yaradıcılığı ilə bağlı böyük sərgi təşkil etmişdir. Bu sərgidə mənim də ilk qəzəllər Divanım – “O xəyalımdakı Şirvan” (“Elm və təhsil” nəşriyyatı, Bakı-2015) nümayiş etdirilir. Bu Divanımda Nəsiminin “Dünya duracaq yer deyil, ey can, səfər eylə” misralı əsərinə nəzirə olaraq yazdığım bir qəzəlim vardır. Əslində, mən buna çox təəssüfləndim. Çünki Nəsiminin 650 Iliik Yubleyinə mən daha sanballı bir kitabla gəlməyi planlaşdırmışdım. Bu, mənim “Şirvanşahlar” trilogiyam idi.
Həmin planda “Şirvanşah Böyük Axsitan” romanımı 2018-ci ilin əvvəlində yazıb başa vurub, nəşr etdirdim. Bu ilin yanvarında isə “Şirvanşah Şeyx İbrahim Dərbəndi” romanımın Birinci cildini tamamlayıb, işıq üzünə çıxardım Bu cild 590 səhifəlik həcmdə olub, dahi Şirvanşahın “Uşaqlıq və gənclik illəri”ni əhatə edir. Lakin onun “Hökmdarlıq illəri”ni əhatə edəcək İkinci cildin üzərində yaradıcılıq işim çox ləng gedir. Bunun məndən asılı olmayan bir sıra səbəbləri vardır: ilk növbədə xalqımızın X əsr dahi filosof-şairi, dünya sufizm fikrinin İkinci ən böyük dühası bakılı Baba Dağın (Baba Kuhi Bakuvinin) dünyaca məşhur Divanının hətta əlyazmasının belə öz ölkəsinə indiyəcən gətirilməməsidir.
Baba Kuhi Bakuvi-Şirvani haqqında dünya ədəbiyyatşünaslığında sanballı tədqiqat əsərləri az deyil. Onun əsərləri də əksər inkişaf etmiş ölkələrin dilinə tərcümə edilərək yayılmışdır. Aşağıdakı nümunə ingilisdilli tərcümələrdən biridir:
In the market, in the cloister – only God I saw.
In the valley and on the mountain – only God I saw.
Him I have seen beside me oft in tribulation;
In favor and in fortune – only God I saw.
In prayer and fasting, in praise and contemplation,
In the religion of the Prophet – only God I saw.
Neither soul nor body, accident nor substance,
Qualities nor causes – only God I saw.
I opened mine eyes and by the light of his face around me
In all the eye discovered – only God I saw.
Like a candle I was melting in his fire:
Amidst the flames outflashing – only God I saw.
Myself with mine own eyes I saw most clearly,
But when I looked with God’s eyes – only God I saw.
I passed away into nothingness, I vanished,
And lo, I was the All-living – only God I saw.
Şirvan Azərbaycanının ilk sufi şairi və filosofu Baba Dağ (Kuhi) Bakuvi-ŞirvaniMən bir şirvanlı kimi Baba Dağ Bakuvinin Divanını fars dili mütəxəssisi olan dostlarımın sətri tərcüməsi əsasında hər vaxt bədii tərcümədə xalqıma təmaənnasız təqdim etməyə hazıram. Amma təəssüflər olsun ki, aidiyyəti qurumlar bu dahi bakılımızın əsərinin heç surətini belə indiyəcən əldə etməmişlər…
Baba Kuhi Divanından edilmiş yuxarıdakı tərcümə Reynold A Nicholson-nun “ The Mystics of Islam” kitabından götürülmüşdür. Baba Dağın Sufi baxışları bütün İran və Turanın təsəffüv mütəfəkkürləri üçün Mənsur Həllacdan sonra ikinci ən böyük xəzinə sayılmışdır. Mən “Şirvanşahlar” trilogiyamın ikinci romanınna yazdığım Son sözdə Baba Dağ Bakuvinin tarixi şəxsiyyəti barədə kifayət qədər müfəssəl məlumat vermişəm. Onları yenidən təkrarlamaq istəmirəm…
Lakin bir məsələyə aydınlıq gətirmək istəyirəm: Bakuvinin vətəni sayılan Bakı şəhərində yerləşən AMEA-nın Ədəbiyyat Muzeyi, Ədəbiyyat İnstitutu, Şərqşünaslıq İnstitutu və Əlyazmalar İnstitutu, görəsən, Şeyx İmadəddin Nəsiminin 650 İllik yubleyinə nə ilə hazırlaşır?.. Nəsiminin sonu “r” hərfi ilə başlayan natamam “İraq divanı”nın təkrar nəşri iləmi, yoxsa Hürufilik və Sufizm barədə elmi ədəbiyyatda indiyəcən çeynənilmiş dolaşıq “fikirləri” cəmiyyətə yenidən sırımaqla?!
Nəsiminin öz yaradıcılığı və müasirlərinin, o cümlədən onun Xələfi, Rəfii Şirvaninin “Bəşarətnamə” və “Cəngnamə” əsərləri deməyə əsas verir ki, o, heç vaxt ailə qurmamışdır. Nəsimini edam etdirən onun müəllimi Nəminin qatilidir: Əmir Teymur!
Azərbaycan ədəbiyyatşünaslarından fərqli olaraq, bütün elm əhlinə yaxşı məlumdur ki, Nəsiminin həyatının son dövrü barədə ən doğru və dəqiq məlumatı onun öz şirvanlı eloğlusu və müasiri Rəfii Şirvani “Bəşarətnamə” və “Gəncnamə” əsərlərində vermişdir. Bu hürufi şair-eloğlumuz haqqında Türkiyədə geniş tədqiqat işləri aparılmış, təmiz Şirvan türkcəsində olan yaradıcılığı çağdaş Türkiyə dilinə çevrilmişdir. Azərbaycan ədəbiyyatşünasları nədənsə Rəfiiyə də eynilə Baba Kuhiyə edilmiş biganəliklə yanaşmaqda hələ də israrlıdırlar…
Son romanımda Nəsiminin bədii surətini yaratmaq, Şirvanşah İbrahim Dərbəndinin parlaq tarixi şəxsiyyətinin xalqımıza düzgün çatdırılmaq mənim də Şeyx Nəsimi Yubileyinə özəl töhfəm ola bilər. Lakin bunun üşün Azərbaycan Nəsimişünaslığını yatdığı qəflət yuxusundan ayıltmaq lazımdır.
/AtaTv.az/
araz.az xəbər portalı.