“Türkiyədə istehsal oluna biləcək heç bir məhsulu xaricdən almayacağıq”.
Bunu Türkiyə Prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan partiyanın parlamentdəki fraksiyasının genişləndirilmiş toplnatısında bildirib.
O deyib ki, rəsmi Ankaranın şərtlərini qəbul edərək birlikdə işləmək istəyən beynəlxalq müdafiə sənaye qurumları ilə əməkdaşlığa hazırıq: “Ancaq hazır məhsul almaq sahəsində əsla əməkdaşlıq etməyəcəyik”.
R.T.Ərdoğan vurğulayıb ki, Türkiyənin ərazi bütövlüyünü pozmaq istəyənlərə, ölkənin torpaqlarına göz tikənlərə cavab vermək hər bir vətəndaşın borcudur: “Ölkəmizdən xaricdə heç bir qüvvə bizi hədələyə bilməz. Qurduğumuz dövlətlərlə biz dünyanın sayılıb-seçilən bir millətiyik. İndi kimin tayfa, kimin millət olduğunu hamı görür. Biz səbrli bir millət və dövlətik. Son iki əsri fədakarlıqla keçirdik. Diplomatik danışıqlarla 5 milyon kv.km-lik vətənimizdən yalnız indiki qalıb. İndi onu da bizə çox görürlər. Türk milləti ruhunu yeniləyir. Nəticədə yatan divi oyatdılar”.
Report
araz.az xəbər portalı.