Prezident Rəcəb Tayyib Ərdoğan bu gün Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışıb.
araz.az xəbər verir ki, telefon danışığında Türkiyə-Rusiya ikitərəfli əlaqələri, regional və qlobal məsələlər müzakirə edilib.
Türkiyə Cumhur Başqanlığında verilən açıqlamaya görə, Prezident Ərdoğan Putinlə söhbətində Türkiyə ilə Rusiya arasında əlaqələrin möhkəmlənməsindən və inkişafından məmnunluq duyduğunu, yüksək səviyyəli siyasi dialoqun davam edəcəyini, həm bölgəmizdəki, həm də regiondakı məsələləri ətraflı müzakirə etməyə davam edəcəklərini bildirib.
Ərdoğan Rusiya prezidenti Putini ad günü münasibətilə təbrik edib.
araz.az xəbər portalı.