Qeyd edək ki, ABŞ-nin “Texas Nafta İndastriz,İnk Şirkəti” 1996-cı ildə yaradılıb. Neft və qaz yataqlarının işlənilməsi ilə bağlı avadanlıqların tədarükü sahəsində fəaliyyət göstərən şirkətin Azərbaycan Respublikasindakı Nümayəndəliyi isə, 2005-ci ildə dövlət qeydiyyatına alınıb.
Nümayəndəliyin qanuni təmsilçisi Lətifov Yaşar Aydın oğludur. Y.Lətifov 2016-2023-cü illərdə SOCAR-ın vitse-prezidenti vəzifəsində çalışıb. Vitse-prezident vəzifəsindən azad olunandan bir müddət sonra isə onun SOCAR prezidentinin müşaviri vəzifəsinə təyin olunduğu barədə mətbuatda məlumatlar da yayılıb.
araz.az xəbər portalı.