Abşeron rayonunun Xırdalan şəhərindəki 2 saylı tam orta məktəbdə təmir adı ilə pul yığılır. Etibarlı mənbədən araz.az-a verilən məlumata görə, məktəbin təmir olunması üçün hər valideydən 3,50 manat tələb olunub. Bu da valideynlər arasında narazılığa səbəb olub.

Onların sözlərinə görə, məktəblərin təmiri dövlət vəsaiti hesabına həyata keçirilir. Hazırda 2 saylı məktəbdə 6 min şagird təhsil alır. Bu da o deməkdir ki, hər valideynin verdiyi pulla ortaya ciddi bir məbləğ çıxır.Təbii ki, məktəb direktorunun valideynlərdən təmir adı ilə pul yığması özfəaliyyət deyil. Əgər belə olsaydı, dərhal Abşeron — Xızı Regional Təhsil İdarəsi araşdırma aparardı. Ancaq tam əksinə olduğu görünməkdədir.

Belə ki, regional təhsil idarəsinin rəhbəri İlhamə Abdullayevanın təlimatı və göstərişi əsasında bu pulun yığılması şübhə doğurmur. Ümumiyyətlə, İlhamə Abdullayeva bu vəzifəyə gəldiyi gündən Abşeron məktəbləri daha da bazara dönüb.

REDAKSİYADAN:

Qeyd edək ki, təhsildə rüsvayçılıq məkanları əsasən orta məktəblərdir. Onlardan biri Saray qəsəbəsində yerləşən Azim Müzəffərov adına 2 saylı tam orta məktəbdir. Bu məktəbdə  yaranan anarxiyaya, xoşagəlməz idarəetməyə  Elm və Təhsil Nazirliyinin rəhbər şəxsləri də göz yumurlar. Məhz buna görədir ki, məktəb direktoru Səkinə Abbasova istədiyini etməkdən çəkinmir. Abşeron – Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva, Abşeşron – Xızı Regional Təhsil İdarəsinin Abşeron – Xızı rayonları üzrə sektor müdiri Sənan Xəlilov da, ona<span;> yaxınlıq edirlər deyə, direktor qanunsuz əməllərinə görə məsuliyyətə cəlb olunmur. Deyilənlər barədə araz.az-ın geniş araşdırma yazısını bu günlərdə dəyərli oxucularımızın diqqətinə çatdıracağıq. Məsələ ilə bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq. Saytımızı izləməyi unutmayın.

Məhi ELSEVƏR, 

araz.az xəbər portalı.