araz.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullzadə deyib:
“Türkiyə ilə Ermənistan arasında sərhədləri Rusiya sərhədçiləri mühafizə edir. Qeyd edim ki, Ermənistan və Türkiyə arasında siyasi-diplomatik əlaqələr bərpa edəndən sonra rəsmi Yerevan Türkiyə ilə sərhəddən Rusiya hərbiçiləri çıxarılacaq. Təbii ki, Azərbaycanla tam sülh müqaviləsi bağlandıqdan sonra mümkündür.
Zəngəzurdan Rusiya sərhədçilərinin çıxarılması “Zəngəzur” dəhlizinin açılmasına hesablanıb. Ermənistan Baş naziri Zəngəzur dəhlizinə nəzarəti Rusiyanın nəzarətinə verməyinə qarşıdır. Ortaq Rusiya sərhədçilərinin olması N. Paşinyani narahat edən əsas məqam idi. Artıq növbəti ildən Zəngəzurda Rusiya hərbiçiləri olmayacaq. Digər, bir məsələ isə, Rusiya sərhədçilərinin İranla sərhəddən çıxarılması ABŞ təlimatı ilə reallaşıb. Burada ABŞ hərbi -kəşfiyyat qrupları yerləşəcək.
Demək olar ki, Azərbaycan və Ermənistanla Zəngəzur dəhlizi ilə bağlı razılaşma var. Tərəflər dəhlizin açılmasını ikitərəfli əsasda yerinə yetiriləcək”.
araz.az xəbər portalı.
AKTUAL
Gürcüstan Azərbaycanlıları Konqresi sədrinin Rövşən İsgəndərovla bağlı dediklərinə REAKSİYA VAR
Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubovun Marneuli Bələdiyyə Məclisi sədrinin keçmiş müavini Rövşən İsgəndərovla …