Sabah – oktyabrın 11-də Bakı Biznes Mərkəzində “Müasir mediada yeni trendlər: informasiya təhlükəsizliyi və peşəkarlıq meyarları” mövzusunda konfrans keçiriləcək. Bu barədə Şuradan araz.az-a daxil olan məlumata görə, Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə gerçəkləşəcək toplantı saat 11.00-da işinə başlayacaq.
Mətbuat Şurasının İdarə Heyətinin üzvlərinin, Medianın İnkişafı Agentliyinin rəhbərliyinin, media subyeklərinin baş redaktorların qatılacağı konfransda siyasi ideoloji müstəvidə Azərbaycana qarşı aparılan infor¬ma¬siya müharibəsi və cəmiyyətin informasiya təhlü¬kəsiz¬li¬yi¬nin təmin edilməsində medianın rolu, dezinformasiya ilə mübarizədə tətbiq edilən mexanizmlər – inzibati və hüquqi modellər, Azərbaycan mediasının rəqəmsal transformasiyası şəraitindəki üstünlüklər və çatışmazlıqlar, sosial media ilə rəqabətdə mediadan gözləntilər, ölkə mediasında beynəlxalq jurnalistika trendlərinin tətbiqi problemləri mövzularında çıxışlar və təqdimatlar nəzərdə tutulub.
Tədbirdə qoyulan mövzular ətrafında fikir mübadiləsi aparılacaq. Müzakirələrin yekununda, həmçinin, Azərbaycan mediasına zəruri mesajların əksini tapacağı tövsiyə mətninin də açıqlanacağı planlaşdırılıb.
araz.az xəbər portalı.