Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçuları ənənəvi olaraq qan köçürülməsinə ehtiyac duyan vətəndaşlarımıza dəstək vermək məqsədilə keçirilən könüllü qanvermə aksiyasında iştirak ediblər.

Bu barədə qurumun mətbuat xidmətindən araz.az-a daxil olan məlumatda deyilir ki,  Keçirilən aksiya çərçivəsində donorlar əvvəlcə xüsusi tibb briqadasına daxil olan həkim-hemotoloqların nəzarətindən keçirilib, onların sağlamlıq durumu müəyyənləşdikdən sonra aksiyada iştirakı təmin olunmuşdur.

Götürülən qan nümunələri laboratoriyada müayinə edildikdən sonra talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən vətəndaşlarımıza yardım etmək məqsədilə istifadə olunacaq.

araz.az xəbər portalı.