Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocavənd rayon bölməsinin rəisi mayor Sadiq Əliyev də saxlanılıb.
araz.az-ın əldə etdiyi məlumata görə, S. Əliyev külli miqdarda rüşvət almaqda təqsirləndirilir. İş üzrə Respublika Hərbi Prokurorluğunda istintaq aparılır.
Yeri gəlmişkən qeyd edək ki, son vaxtlar bir-neçə indiki və sabiq hərbi komissar həbs edilib. Ümumiyyətlə, hamısı da, eyni ittihamla “dəmir barmaqlıqlar” arxasına göndərilir.
araz.az xəbər portalı.