Bəli, bu belədir: Yeni yanaşmaya görə, “Orta Asiya” ifadəsi “Türküstan” ifadəsi ilə əvəz olunacaq. Konkret desək, Türkiyənin Milli Təhsil Nazirliyi tarix fənni kurikulumunda əsaslı dəyişiklikləri açıqlayıb.
Üstəlik, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türk dünyasının birliyinin vacibliyini vurğulayıb.
“Biz “Türk əsri” baxışımızı Türk Dövlətləri Təşkilatına çatdıraraq, qarşıdakı dövrü türklər dövrünə çevirmək üçün çiyin-çiyinə çalışacağıq”, — deyə, Ərdoğan bildirib.
araz.az xəbər portalı bildirir ki, bu vacib məsələlə ilə bağlı ekspertlər də açıqlama veriblər
“Türklərin vətəni mənasını verən Türküstan sözü tarixin ən qədim dövrlərindən bəri işlədilir”, — professor Ahmet Taşagıl vurğulayıb.
Taşagıl qeyd edib ki, 19-cu əsrin ikinci yarısında Rusiya istilası nəticəsində Türküstan adı yerinə Orta Asiya anlayışı ortaya atılıb.
Ekspertlər bu dəyişikliyin türk dünyası arasında əlaqələri gücləndirməyin, o cümlədən, ortaq tarix, ədəbiyyat, xəritə və əlifbanın yaradılması üzrə daha geniş strategiyanın bir hissəsi olduğunu deyirlər.
araz.az xəbər portalı.