“Bu mövzuda müsabiqənin ilk dəfə keçirilməsinə baxmayaraq, iştirakçılıq yüksək səviyyədə idi. Bütün iştirakçılara uğurlar arzulayıram”, –– deyə, F. Xəlilov əlavə edib.
Daha sonra çıxış edən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli bildirib ki, münsiflər heyəti ilə birlikdə 49 rəssamın 61 işi təhlil edilib. Münsiflər heyəti tərəfindən 10 nəfər qalib seçilib.
“Bu müsabiqənin çox böyük əhəmiyyəti var. Çünki təqdim olunan əsərlərdə Qərbi Azərbaycan abidələri, həqiqətləri, orada yaşayıb-yaratmış şəxsiyyətlərimiz öz əksini tapıb. Buna görə də sərgi Qərbi Azərbaycan həqiqətlərinin təbliği istiqamətində çox mühüm addımlardan biridir”, — deyə, İcma sədri deyib.
Çıxışlardan sonra münsiflərin qərarına əsasən qaliblərin adları açıqlanıb. Rəngkarlıq nominasiyası üzrə l yerə Reyhan Aslanova, ll yerə Niyaməddin Qocayev, lll yerə Seymur Fərmanlı layiq görülüb.
Qrafika nominasiyası üzrə l yerə Nailə Sultanova, ll yerə Nəsibə Əsgərova, lll yerə Natiq Nəcəfzadə layiq görülüb.
Qeyd edək ki, Qərbi Azərbaycan İcmasının əsas məramlarından biri indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz ata-baba yurdlarına sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışı təmin etməklə yanaşı, burada Qərbi azərbaycanlılara məxsus mədəni irsin hazırkı vəziyyətinin dəyərləndirilməsinə, o cümlədən zərər vurulmuş və yer üzündən silinmiş abidələrimizin siyahısının hazırlanmasına, Ermənistan hökumətinin onları bərpa etmək və qorumaq öhdəliyini yerinə yetirməsinə nail olmaqdır.
araz.az xəbər portalı.
AKTUAL
Türkiyədə yeni konstitusiya qəbul ediləcək?– Ərdoğan AÇIQLADI
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin yeni konstitusiyaya ehtiyacı olduğunu bildirib. araz.az-ın məlumatına görə, …