araz.az bildirir ki, modern.az mövzu ilə bağlı Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa ilə həmsöhbət olub.

Deputat bildirib ki, sözügedən addım dünyəvi dövlətin prinsilərinə uyğun məsələdir, ona görə də hər hansı şəkildə kiminsə buna irad bildirməsi məntiqsizdir.

“Biz dini deyil, dünyəvi dövlətik. Ölkəmizdə də dindarların öz yaşam tərzi var, amma onların hər biri Azərbaycan Respublikasının Konstitusyasına tabedir, bu baxımdan təhsil müəssələrində bu cür maarifləndirici dərslərin keçirilməsində heç bir ziddiyyətdən söz gedə bilməz”. 

Fazil Mustafa onu da qeyd edib ki, Quranda erkən nikah və ya qohum evlilikləri ilə bağlı məcburiyyət yoxdur:
“Adıçəkilən məsələlərlə bağlı dində qadağanedici və ya təşviqedici normalar yoxdur. Hətta olsa belə, dövlətin Konstitusiyasında nə nəzərdə tutulursa və qanunlarda bu kimi fəaliyyətlər qadağan olunursa, hər hansı bir şəkildə bunu tələb etmək qanun pozuntusu sayılır”. 

“Burada heç bir dindarı incidəcək addım yoxdur, bu məsələyə də normal yanaşılmalıdır. Təhsildə bunun maarifçilik baxımından təbliğatının qurulması işin ancaq faydasına xidmət edir”, — deyə, sonda o qeyd edib.

 

araz.az xəbər portalı.