Cəmi bir dayanacaq gedən də 70 qəpik ödəyir, son dayanacağa gedən də. Məsafədən asılı olmayaraq eyni ödənişi ödəyirlər. Avtobus sürücüləri isə bildirirlər ki, tənzimlənən qiyməti dəyişmək mümkün deyil.

Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, məsafəyə görə ödənişlərin tətbiq edilməsi üçün xüsusi infrastruktur qurulmalıdır. araz.az diqqətinizə çatdırır ki, həmin qurumdan hazırda gedişhaqqının nağdsız ödənilməsini təmin edən ödəniş sisteminə keçidin sürətləndirilməsi ilə bağlı işlərin görüldüyü bildirilib. Yeni nəyinsə olacağı deyilib. 

araz.az xəbər portalı.