“Ermənistan MTX-da çalışan A.Mamikonyan Daşaltıda Azərbaycan kəşfiyyatçılarının bələdçisi olmuş N.Bayramalıyevin qaynıdır…”
“Öz soyadlarını Azərbaycan soyadlarına dəyişmiş bu ermənilər Azərbaycanın məşhur ailələrinin genetik zəhərlənməsində iştirak edib…”
Xəbər verdiyimiz kimi, Moderator.az-ın rus versiyası tanınmış tədqiqatçı professor Rövşən Novruzoğlunun rus dilində çapa hazırlanan “Zəhərli dairə. Yaxud erməni qeyri-hökumət təşkilatları Azərbaycan xalqının genefondunu necə zəhərləyir?” kitabının ən maraqlı məqamlarını təqdim etməyə başlayıb. Əsərdə Orta əsrlərdən bəri, o cümlədən sovet dövründən ta bu günlərədək ermənilərin ayrı-ayrı adamları, qrup və ya müxtəlif adlar altında gizlənmiş terror təşkilatlarının Rusiya, Avropa, Amerika və s. kəşfiyyatlarınn himayəsi altında Azərbaycan xalqının genefondunun birbaşa və ya tədricən zəhərlənməsi, ayrıca dövlət xadimlərinin, sərkərdələrin, say-seçmə ziyalıların sıradan çıxarılması üçün gördükləri təxrubatçı işlərdən bəhs edilir. Əsərdə nəinki 1980-1990-cı illərdə, eləcə də 2000-ci illərin sonlarında erməni kəşfiyyatçılarının Bakıda və bir sıra bölgələrdə Azərbaycanın idarə, müəssisə və QHT-lərinə nüfuz etdiyi, hətta onlarla erməni qızının azərbaycanlı gənclərlə ailə qurmasına şərait yaratdığı göstərilir.
Müəllif – professor, keçmiş “KQB” polkovniki R.Novruzoğlu iddia edir ki, əsərdəki fakt və olaylar mötəbər mənbə, arxiv və kəşfiyyat materiallarına istinadla toplanıb.
Beləliklə, bəhs edilən kitabın kütləvi oxucu üçün ən maraqlı, tarixi və siyasi əhəmiyyətli parçalarının tərcüməsini nəzərinizə çatdırırıq:
(Əvvəli bu linkdə:http://www.moderator.az/news/267593.html)
“1994-cü ildə Bakıda vəhhabiliyi(?) qəbul etmiş ermənilərlə görüşlər təşkil edilib…”
“Mövcud tədqiqat materiallarına görə, Azərbaycanın strateji dövlət və hökumət strukturlarının 146 əməkdaşı artıq erməni separatçılarının “zəhərli dairəsinə” daxil edilib. 146 strateji işçi -Azərbaycan üçün böyük bir rəqəmdir. Bu gün biz bu insanların zəhərli dərmanların təsiri altında tədricən, bir-birinin ardınca ölməsinin və onların ailələrinin genetik xəstəliklərin daşıyıcısı olduğuna şahid oluruq…” (Baxın: General Uotsonun agent Hansen haqqında xüsusi qeydləri, Sənədlər. Vaşinqton, 2007.).
Kəşfiyyat materialında daha sonra deyilir:
“Bir çox məlumat və materialların nəticələrinə əsaslanaraq ermənilərin və “CİA”nın “zəhərli dairəsi”nə daxil edilmiş 146 strateji məmurun adları və ünvanlarını bilirik. Maraqlı nüanslardan biri xarici kəşfiyyat mərkəzlərinin (xüsusilə də ermənilərə birbaşa dəstək verən “CİA”nın) regionda öz nümayəndələrinin vəzifəyə təyin edilməsinə asanlıqla nail olmalarıdır. Ermənilər kütləvi informasiya vasitələri və müxalifət partiyalarından dövlətə lazım olan vəzifəli insanlar haqqında neqativ ictimai rəy formalaşdırmaq, onların nüfuzunu ləkələmək üçün geniş istifadə edirlər.
Məlumatımız var ki, “anti-azərbaycanlı zəhərli dairəyə salınmış obyektlər”ə qarşı işləyənlər, “Arkadi Karapetyan Hərəkatının” üzvləri və onların övladları Ermənistan Təhlükəsizlik Xidmətinin bölmələrində və birləşmələrində çalışırlar. Hərəkat üzvləri 1992, 2007, 2012-ci illərdə Azərbaycan elitasına, yəni Azərbaycanın beyinlərinə, öz xalqını və millətini sevən insanlara qarşı “biogenetik” hücumların nəticələrini təhlil ediblər. A.Linkoln adına kitabxanada saxlanılan, üzərlərindən məxfilik qrifi götürülmüş “CIA” materialları arasında Alik Bağdasaroviç Mamikonyanın maraqlı bir şərhi var. Bu erməni 1992-ci ildə Daşaltı əməliyyatı zamanı Azərbaycan kəşfiyyat zabitlərinin bələdçisi olmuş Nəsrullah (yaxud Nəsir) Qasım oğlu Bayramalıyevin (yaxud Bayramov) qaynıdır (Qeyd edək ki, ermənipərəst konqresmenlər həmişə bu materialların açıq nümayiş olunmasına etiraz edirlər).
“Zəhərli dairə”yə daxil edilmiş obyektlərə qarşı əməliyyatların iştirakçısı olan A.Mamikonyan (hazırda polkovnik rütbəsi ilə Ermənistan Milli Təhlükəsizlik Xidmətində müşavir vəzifəsində çalışır) yazır ki, o, iki dostu ilə birgə tez-tez Fransa, Türkiyə, Amerika və Böyük Britaniyanın Bakıdakı səfirliklərində olan erməni diplomatları ilə görüşüb. Onun sözlərinə görə, 1994-cü ildə Bakıda vəhhabiliyi(?) qəbul etmiş ermənilərlə görüşlər təşkil edilib…
Bizdə olan məlumata görə, A.Mamikonyan və onun dostları Bakının Xətai rayonundakı Xətai metro stansiyası yaxınlığında yerləşən evlərdən birində yaşayıblar. 2 ay ərzində A. Mamikonyan və qrupu (avqust-sentyabr 1997-ci ili) Xətai rayonunda yerləşən bütün strateji obyektlərin, məşhur ailələrin, bu bölgənin strateji obyektlərində işləyən insanların kartotekasını hazırlayıblar. Bu işdə onlara yerli adamlar(?) kömək edib(Söhbət əvvəldən Bakıda yaşayan ermənilərdən gedir-S.L.). Bu ermənilər öz soyadlarını Azərbaycan soyadlarına dəyişərək Azərbaycan QHT-lərinə, dövlət və hökumət strukturlarına yerləşiblər. Onlar Azərbaycanın məşhur ailələri ilə tanış olub və onların genetik zəhərlənmələrində həvəslə iştirak ediblər.
A. Mamikonyan iddia edir ki, Azərbaycanın yerli təşkilat və şirkətlərində, eləcə də qeyri-hökumət təşkilatlarında onlar ABŞ, Fransa, İngiltərə, İtaliya və s. ölkələrin diplomatik korpuslarının nümayəndələri tərəfindən təmsil olunublar. Belə bir şəraitdə həmin qeyri-hökumət təşkilatları qrant alırdılar. İlk baxışdan hər şey qanuni idi. Və zəhər dərhal təsir etmirdi. Müxtəlif üsullarla zəhərlənmiş (məlumatlara əsasən 24 üsulla), insanlar dərhal ölmürdü. Bədənə yeridilmiş zəhər orqanlara uzun müddət ərzində nüfuz edir və onları tədricən sıradan çıxarırdı. Zəhərlənmiş insanlar zaman-zaman orqanizmlərində bəzi pozuntular hiss etsələr də, ölüm gec baş verirdi. Müəyyən bir vaxtdan sonra genetik xəstəliklərin virusları bir şəxsdən digər şəxslərə keçirdi. Çünki həmin zəhərlərin bir çox daşıyıcısı qan donorları olur və özləri də bilmədən xəstəliklərini başqalarına ötürürdü…”
(Davamı var)
Təqdim etdi: Sultan Laçın
Miq.Az
araz.az xəbər portalı.