Nərimanov Rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Şahmar İbadov paytaxtın mərkəzində oğluna bahalı restoran alıb. O, paytaxtın Qış parkı ərazisində, Mirzəağa Əliyev, 46 ünvanında növbəti “Paxlava” restoranını açıb.

Sözügedən restoranın yerləşdiyi obyekt Şahmar İbadovun oğlu Elmar İbadov tərəfindən 800 min dollara alınıb. Qeyd edək ki, əvvəllər həmin obyekt “Mandarin Baku” adı ilə fəaliyyət göstərib.

araz.az bildirir ki,.məlumatı yayan mənbə — demokrat.az saytı bu xəbərlə bağlı Şahmar İbadovdan mövqe öyrənə bilməyib.

araz.az xəbər portalı.