Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun atası Ağakərim İbrahimov vəfat edib. araz.az xəbər verir ki, bu barədə ölkə mediasına Milli Qəhrəmanın qardaşı bildirib.
Şəhidimizin atası bu gün infarkt keçirib və Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Onun günorta saatlarında vəfat etdiyi vurğulanıb. Onu da qeyd edək ki, Ağakərim İbrahimov 2019-cu ildə damar tıxanıqlığı ilə əlaqədar açıq ürək əməliyyatı keçirib.
Azərbaycan Silahlı Qüvvələrinin giziri Mübariz İbrahimov 19 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində cəbhənin Tərtər rayonu istiqamətində təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçərək, Ermənistan silahlı qüvvələrinin mövqelərinə hücum etmişdi. O, düşmənlə qeyri-bərabər döyüşdə çox sayda erməni hərbçisini məhv etmiş, düşmənlə 5 saat təkbətək döyüşmüşdü. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olmuşdu.
Azərbaycan Prezidenti İlham Əliyev gizir Mübariz Ağakərim oğlu İbrahimova ölümündən sonara “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi barədə sərəncam imzalayıb.
araz.az xəbər portalı.