ff4756aa-d852-485d-b4e1-bf64004c8c9f.jpgLənkəranda daha bir nəfər it dişləməsi ilə xəstəxanaya gətirilib.

“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, 1990-cı il təvəllüdlü Abbasov Anar Zakir oğlu Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Bununla da quduz itlərin dişləməsi zamanı xəsarət alanların sayı 10 nəfərə çatıb. Qeyd edək ki, daha əvvəl 9 nəfər xəstəxanaya gətirilib.

Hadisə Lənkəran rayonunun Liman şəhərində baş verib.

***00:20

Lənkəranda quduzlaşmış itlər sakinlərə hücum edib.

“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə Lənkəran rayonunun Liman şəhərində baş verib.

Bildirilir ki, 9 nəfər it dişləməsi diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Belə ki, 1999-cu il təvəllüdlü Kazımlı Tural Sadiq oğlu, 1974-cü il təvəllüdlü Muradov Tahir Vəlihəd oğlu, 1959-cu il təvəllüdlü Əkbərov Meysəm Ağakərim oğlu, habelə Həbibov Zahid Fərhad oğlu (1988), İsmayılova Nailə Abdulhəsən qızı (1957), Hüseynov Şakir Cənnət oğlu (1955), Aslanlı İsa Rövşən oğlu (1994), Məmmədov Əlifağa Ələkbər oğlu (2000) it dişləməsi diaqnozu ilə xəstəxanaya gətiriliblər.

Daha bir nəfər isə ambulator yardımdan sonra evə buraxılıb.

[bt_youtube url=”https://youtu.be/0un2tTeQYAI” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]

 

araz.az xəbər portalı.