Bəs, Türkiyə ilə İsrail arasında müharibə başlaya bilərmi?
araz.az bildirir ki, bu mövzu ilə bağlı siyasi şərhçi Əziz Əlibəyli turkustan.az-ın suallarını cavablandırıb.
Ə. Əlibəyli bildirib ki, müharibənin başlayacağına inanmır:
“Dərinliyinə təhlil edəndə Türkiyə ilə İsrailin maraqları hətta üst üstə düşür. Sadəcə kürd məsələsi ilə bağlı region uğrundakı qüvvələr balansı münasibətdə fərqli mövqelərin müşahidə olunmasının şahidi ola bilərik. Amma böyük ölçüdə hər ikisinin rəqabət apardığı güclülər aşağı-yuxarı eynidir.
Sadəcə, indiki vəziyyətdə Türkiyə rəhbərliyinin də müəyyən qayğılar var və İsraillə münasibətlərdə səsləndirdiyi düşüncələr Kürd Muxtar Diyarının rəhbəri Barzaninin Türkiyə səfərində də müzakirə mövzusu idi. Bir az bu prizmadan baxdıqda ki ortada bir reallıq var, Suriyada və İraq ərazisində yarım müstəqilləşmiş Kürdüstan ərazisi var vəTürkiyə ilə İsrailin burada münasibətinə nə formada olacaq? Bu məsələləri uzlaşdırmaq lazımdır. Qalanı Fələstin məsələsidir, Yaxın Şərqdir və İran böhranıdır. Bu prizmadan İsraillə Türkiyənin toqquşması üçün əsaslı səbəblər yoxdur. Tam əksinə əməkdaşlıq üçün geniş imkanlar var” — siyasi şərhçi deyib.
araz.az xəbər portalı.