Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi tərəfindən “bp-Azərbaycan” Əməliyyat şirkətinin Səngəçal Terminalının Təhlükəsizlik üzrə struktur bölməsi və digər aidiyyatı qurumların iştirakı ilə sahə təlimi təşkil olunub.
araz.az bildirir ki, bu gün Agentlikdən mətbuata ötürülən xəbərə görə, bu təlimin əsas məqsədi hərbi qulluqçuların strateji obyektlərin mühafizəsi sahəsində bilik və təcrübələrini təkmilləşdirmək, onları mümkün təhlükələrə qarşı hazırlıqlı etmək və effektiv müdafiə planlarını yerində icra etmək qabiliyyətlərini inkişaf etdirməkdir.
araz.az xəbər portalı.