araz.az bildirir ki, bu suala rusiyalı politoloq Andrey Areşevin erməni mediasına verdiyi müsahibədə tam yox, az da olsa cavab tapmaq olar.

“Təhlükəsizlik məsələlərinə gəlincə, vəziyyət dəyişir. Türkiyə Cənubi Qafqazda daha çox əhəmiyyət kəsb edir və görünür, təkcə Bakı deyil, İrəvan da bununla razılaşır”,  — politoloq deyib 

Yenə sayıqlamasa yaxşıdır, çünki eyni zamanda bizim istədiyimiz başqa fikirlərini də ortaya qoyub.

“Eyni zamanda, Rusiya yeni yaraan şərtlər çərçivəsində hərəkət edəcək. Rusiyanın Cənubi Qafqazdakı hərbi mövcudluğunun daha da azaldılması ilə bağlı addımlarını istisna etmək olmaz. Əgər Ermənistan-Türkiyə münasibətləri normallaşarsa, Gümrüdə Rusiya bazasının olmasının mənası qalmayacaq”, — ekspert əlavə edib.

Andrey Areşevin sözlərinə görə, Rusiyanın həm Ermənistanda, həm də Azərbaycanda mövcudluğu iqtisadi əsaslara keçir – Qərbin sanksiyaları altında Rusiyanın xarici ticarətdə üzləşdiyi problemlərə vurğu edilməklə, yenidən formatlaşdırılır.

Ta ki belə olsun, biz də bunu istəmirikmi?

araz.az xəbər portalı.