araz.az bildirir ki, bu barədə sifarişçinin özünün sosial şəbəkələrdə paylaşım etdiyi barədə Ölkə.Az xəbər verib. Həmin xəbərə görə, müştəri iddia edir ki, o özünə sentyabrın 20-də notbuk sifariş versə də, oktyabrın 4-də çatdırılan bağlamadan milçək dərmanı çıxıb.
“Mənim başıma belə bir hadisə gəlib, məsələyə heç kim ciddi yanaşmır. “Trendyol” üzərindən “notebook” sifariş verdim. 4 oktyabr tarixində mal Bakıya çatdı, lakin əvəzinə “milçək dərmanı” gəldi. Bununla bağlı həm karqo şirkətinə, həm də “trendyol”a dəfələrlə müraciət etdim, lakin mənim yalan dediyimi iddia edirlər. Əlimdə malı təhvil alarkən çəkilən video, şəkilləri və s. hər cür sübut var. Mənə bu məsələ ilə bağlı təzminat ödənmir” — şikayətçi bildirib.
Müştəri məhsulun alış qəbzininə dair fotoları da paylaşıb. Endirilmlə 396 manata təklif olunan notbuk göndərilməyib.
Sosial şəbəkə istifadəçi notbukun çəkisinin bağlamanın üzərində qeyd edildiyi kimi 305 qram olmasının mümkünsüz olduğunu deyiblər. Bunun dələduzluq olduğunu bildirən sosial şəbəkə istifadəçiləri qeyd edib ki, müştəri gömrük bəyannaməsi edərkən notbukun o qədər az çəkidə göstərilməsindən şübhələnməli idi.
Yazıda qeyd edilib ki, bundan əvvəl başqa bir müştəri Türkiyədən sırğa sifariş etsə də, əvəzində şokolad və konfet göndərildiyini iddia etmişdi.
araz.az xəbər portalı.