İnnovasiya və Təchizat Mərkəzi deputat Cavanşir Feyziyevin oğlu Orxan Cavanşirlə maliyyə dəyəri 1 176 000 manat olan satınalma müqaviləsi bağlayıb. araz.az xəbər verir ki, müqavilə Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küçəsi, 142 D ünvanında yerləşən ümumi sahəsi 12,552.30 m2 olan ofis və anbar kompleksinin icarəyə götürülməsi xidmətinin satın alınması ilə bağlıdır. İcarə müddəti haqqında heç bir qeyd yoxdur.

Yeri gəlmişkən qeyd edək ki, 2015-ci ildən parlamentdə təmsil olunan Cavanşir Feyziyev özünü oliqarx deputat kimi tanıdıb. Azərbaycan qanunverciliyi isə,  deputatların biznes fəaliyyəti ilə məşğul olmasını qadağan etsə də, media zaman-zaman Cavanşir Feyziyevin biznes imperiyası haqqında yazılar dərc edib.
Ölkənin tibb sektorunda aparıcı şirkətlərdən biri hesab edilən “Avromed Company” QSC-nin Cavanşir Feyziyevə məxsus olması barədə media dəfərlər yazıb.

Bu iddialara cavab olaraq, şirkətin yaydığı açıqlamada Cavanşir Feyziyevin 2010-cu ilə qədər “Avromed Company” QSC-nin direktoru vəzifəsində çalışdığı bildirilir.
ngiltərədə Cavanşir Feyziyevin ailəsinə məxsus 5.6 milyon funt-sterlinqin müsadirə olunması ilə bağlı materiallarda isə onun 2013-cü ildə viza müraciəti zamanı özünü “Avromed Company” QSC-nin icraçı direktoru kimi təqdim etdiyi bildirilir.
Bundan sonra şirkətin yaydığı açıqlamada bildirilib ki, deputat 2016-cı ildə səhmlərini satıb.

Ümumiyyətlə, şirkətin açıqlamalarındakı ziddiyyət “Avromed”in hələ də Cavanşir Feyziyevə məxsus olduğunan dair şübhələri artırıb. Deputatın oğlu Orxan Cavanşirə gəlincə, onun adı “çirkli pullar”ın yuyulmasında hallanıb. 2021-ci ildə Britaniyanın Cinayətkarlıqla Mübarizə Agentliyi Feyziyevlərin bank hesablarına yatırılan 15 milyon funt sterlinqin “çirkli pul” olduğunu açıqlayıb. /reportyor.info/

 

araz.az xəbər portalı.