araz.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Azərbaycanın ilk özəl televiziya kanallarından biri olan SARA TV-nin təsisçisi və rəhbəri olmuş iş adamı Rəsul Rauf vəfat edib. Bu barədə onun qızı Sara Nəcəfi Rauf öz sosial şəbəkə hesabında məlumat verib. Bildirib ki, R. Rauf uzun müddətdir Türkiyədə yaşayırmış və orada dünyasını dəyişib.

Qeyd edək ki, SARA TV 1995-1999-cu illərdə fəaliyyət göstərib və camaatın nüfuzunu qazanıb. 

Allah rəhmət eləsin, qəbri nurla dolsun!

 

araz.az xəbər portalı.