Mərhum sabiq deputat və YAP-ın yaradıcılarından biri olan Siruz Təbrizlinin evi satışa çıxarılıb.
araz.az xəbər verir ki, 8 otaqlı 750 kvadratmetrlik mənzil “Statistika dairəsi” yaxınlığında yerləşir. Qiyməti 1.600.000 manatdır.

 

Yeri gəlmişkən xatırladırıq ki, Suruz Təbrizli Azərbaycan siyasətçisi və jurnalisti, Milli Məclisin I çağırış (1995–1998) və II çağırış (2000–2005) üzvü, Azərbaycanın mətbuat və informasiya naziri (1997–2000), Yeni Azərbaycan Partiyasının qurucu 91 üzvündən biri idi.

Sonda onu da qeyd edək ki, xəbəri ictimaiyyət arasında öncə pravda.az yayıb.

 

araz.az xəbər portalı.