“AzerGold” QSC Bakı Ekspo Mərkəzində keçirilən 4-cü Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” — “Rebuild Karabakh” sərgisində xüsusi stendlə təmsil olunub.

Bu barədə qurumun mətbuat xidmətindən araz.az-a daxil olan məlumatda deyilir ki,  Səhmdar Cəmiyyət tərəfindən sərgi pavilyonunda müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurla bağlı icra edilən layihələrə dair təqdimatlar, audiovizual və çap materialları həmçinin dövlət şirkətinin əsas fəaliyyət göstəriciləri, dağ-mədən sektoruna və ölkə iqtisadiyyatına verdiyi töhfələr, hasilat zonalarında icra edilən sosial tədbirlərlə bağlı məlumatlar təqdim edilib.
Sərgidə Şərqi Zəngəzur iqtisadi rayonunun inzibati ərazisinə daxil olan Kəlbəcər rayonunda yerləşən “Tutxun” qızıl, “Şorbulaq” qızıl, xrom və civə filiz təzahürləri sahəsində aparılan kəşfiyyat işlərinin gedişatı barədə informasiyalar diqqətə çatdırılıb.

“AzerGold” QSC tərəfindən ölkəmizin pərakəndə satış bazarına təqdim edilən qızıl və gümüş sikkələr, eləcə də qızıl külçələr beynəlxalq sərgi iştirakçılarının böyük maraq göstərdiyi məhsullar sırasında olub. Qonaqlara Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə “Smartminting” texnologiyası əsasında 3D formatında istehsal edilmiş “100 il və onun fövqündə bir irs” unikal qızıl sikkəsi, Qarabağ kolleksiyasına aid “Qarabağ xalçası – Çələbi, “Qarabağ inciləri”, “Şuşa” “Xurşidbanu Natəvan” sikkələri daxil olmaqla, Azərbaycanın müasirliyini, tarix və incəsənətini, qədim ənənələrini təbliğ edən 11 çeşiddə sikkə kolleksiyası barədə ətraflı məlumatlar verilib, qiymətli məhsulların yerində satışı təşkil edilib.

Qeyd edək ki, işğaldan azad edilmiş torpaqlarımızın bərpası və inkişafına həsr olunmuş yeganə və ilk ixtisaslaşmış sərgi olan “Rebuild Karabakh” 15-17 oktyabr tarixlərində keçirilib.

***                                                          Отметим, что “Rebuild karabah”, единственная и первая специализированная выставка, посвященная восстановлению и развитию наших освобожденных от оккупации земель, проходила с 15 по 17 октября.

araz.az xəbər portalı.