Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyevin  “Newsweek” dərgisində məqaləsi dərc edilib. araz.az-ın xəbərinə görə, prezident köməkçisi öz məqaləsində COP29 ərəfəsində  Azərbaycana tənqidlərə toxunub.

Hikmət Hacıyev məqaləsində Azərbaycanın “COP atəşkəsi”nə çağırdığını, ölkələrin iqlimlə bağlı çıxış yollarını götür-qoy etdiyi bir vaxtda münaqişələrdə fasilə istədiyini yazır.

H. Hacıyev Azərbaycandakı COP sammitində sülh və iqlimin bir-birinı qarışdığını, Bakının ev sahibliyi hüququnu məhz sülh yolunda irəliləməklə əldə etdiyini vurğulayır. Belə ki, Yerevan Azərbaycanın ev sahibliyinə vetosunu məhbus mübadiləsindən sonra qaldırıb.

H.Hacıyev ikitərəfli danışıqların əvvəlki üç ildə beynəlxalq vasitəçilərlə aparılandan daha faydalı olduğunu bildirir: “Sərhəd delimitasiya komissiyaları yaradılıb, sərhədin bir hissəsi demarkasiya olunub. De-fakto sülh reallığa çevrilib. Sülh əlçatandır”.

Prezidentin müşaviri daha sonra məqaləsində sülhə əngəl kimi Ermənistan konstitusiyasında Qarabağın Ermənistanla birləşdirilməsinə çağırışı, Yerevanın Paris tərəfindən intensiv silahlandırılmasını göstərir.

H. Hacıyev COP29 ərəfəsində səslənən tənqidlərə toxunaraq, tənqidlə yalan arasında fərq olduğunu vurğulayır:

“Deyirlər ki, “Azərbaycan COP-u beynəlxalq reputasiyasını düzəltmək üçün keçirir” – faktiki isə bizim COP-la bağlı planımız, onu keçirməyə inamımız belə yox idi. Yaxud “Azərbaycan neft və qaz sənayesinə zərbə vuracaq iqlim sazişini qəbul etməyəcək” – gerçəkdə isə, biz mədən yanacağından elektrik ixracatçısına keçid edirik”, – prezidentin müşaviri yazır.

 

araz.az xəbər portalı.