Məhəmməd ƏSƏDULLAZADƏ,                    Milli Cəbhə Partiyasının başqan müavini, siyasi ekspert.

Ukraynanın silahlı qüvvələrinin Sabiq Ali Bas komandanı, Böyük Britaniyada səfiri olan V. Zalujni 2023-cu ildə Rusiyani məğlub edə bilərdik amma, Qərb lazım olan silahları bizə vermədi-açıqlamasını verib. Həqiqətən 2023-cü ildə Ukrayna uğurlu hərbi əməliyyatlar keçirirdi. Xarkov və Xersonun böyük hissələri azad edildi. Rusiyanin hücumları dayandırıldı.

Məhz Qərb ölkələri Rusiyanı tükəndirmə siyasətinə üstünlük verdikləri üçün Ukraynanın qələbəsini təmin etmədilər. Bu onu göstərir ki, Qərb Ukraynanın tezliklə qələbə etməsində maraqlı deyil. Rusiyanın strateji məğlubiyyətə uğradılmasında maraqlı olub. ABŞ və tərəfdaşları Ukraynanın Avropa İttifaqına və NATO üzvülüyünə qəbul edilməsində maraqlı olsaydı, 2023-cü ildə Ukraynanın qələbəsini təmin edə bilərdi.

Qərb Rusiyanı Ukraynada taqətdən salmaq və regional çərçivəyə salmağı planlaşdırırdı. Hazırda da bu siyasət davam edir. Amma, Çin Rusiyanın Ukraynada strateji məğlubiyyətində maraqlı deyil. Ona görə də Çin Rusiyani hərbi texniki dəstək verməklə, Şimali Koreyanı Rusiyaya ordu göndərməsinə razı saldı.

Hazırda ABŞ və Avropa ölkələri Rusiya, Çin, İran və Şimali Koreya birliyinə qarşı mübarizə aparır. Amma, 2023-cu ildə belə bir birlik qurulmamışdı. Ukrayna cəbhəsində aktiv mərhələ isə, ABŞ-da keçiriləcək prezident seçkilərindən sonra başlayacaq.

 

araz.az xəbər portalı.