Türkiyənin “Alanyaspor” futbol klubunun əsas komandası avtomobil qəzasına düşüb.
ONA-nın məlumatına görə, Super Liqanın “Kayserispor”la oyunundan qayıdan Alanya təmsilçisinin avtobusu aşıb.
Nəticədə 7 futbolçu xəsarət alıb. Komandanın 29 yaşlı hücumçusu Jozef Sural başından ciddi zərbə alıb. Bədənində qırıqlar da olan çexiyalı xəstəxanaya çatdırılıb. Lakin əməliyyatdan sonra futbolçu dünyasını dəyişib.
Qeyd edək ki, 29 yaşlı çexiyalı futbolçu Türkiyə klubuna bu mövsümün gedişində qoşulub.
araz.az xəbər portalı.