Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 3+3 Regional Əməkdaşlıq Platforması toplantısı üçün İstanbulda olan Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və İranın xarici işlər naziri Abbas Arakçini Prezident Ofisində qəbul edib.
araz.az ölkə mətbuatına istinadən xəbər verir ki, görüşdə əvvəlcə Cənubi Qafqazda daimi sülh prosesi, regional və qlobal məsələlər müzakirə olunub.
Türkiyənin Azərbaycan və Ermənistan arasında daimi sülhün təmin edilməsi üçün irəli sürülən səylərə hər cür dəstəyi verməyə davam edəcəyini xüsusi vurğulayan prezident Ərdoğan bildirib ki, bölgədə baş verən proseslər əməkdaşlıq və həmrəyliyin gücləndirilməsini zərurilə.dirib: “Bu 3+3 platforması bu istiqamətdə böyük əhəmiyyət daşıyır. Türkiyə hər zaman regional problemlərin dialoq yolu ilə həllini istəyib. O səbəbdən bu platformaya böyük əhəmiyyət veririk. Cənubi Qafqazın simasının daimi sülhə doğru dəyişməsi sevindiricidir”.
Ərdoğan daha sonra İsrailin bölgədəki savaşından söz açıb. O, Netanyahunun münaqişələri bölgəyə yaymaq niyyətini təkrarlayıb
Qəbulda prezident Ərdoğanı xarici işlər naziri Hakan Fidan, prezidentin kommunikasiya direktoru Fahrettin Altun və prezidentin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç da iştirak edib.
araz.az xəbər portalı.