araz.az bildirir ki, globalinfo.az-a danışan Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib ki, həmin fərdi yaşayış evlərinin tikintisi ilə bağlı açıq məlumatlar olsa, daha yaxşı olardı.
Onun sözlərinə görə, fərdi yaşayış evinin tikintisi məlumatlandırma icraatı qaydasında Şəhərsalma və Tikinti Məcəlləsi ilə tənzimlənir:
Ramil Osmanlı
“Evlər neçə mərtəbəlidir, kvadratı, kürsünün hündürlüyü nə qədərdir və s. haqda məlumatlar olsa, yaxşı olardı. Artıq iki gündür məsələ müzakirəyə çıxarılıb, ayrı-ayrı ekspertlər, iqtisaqdçılar, jurnalistlər bununla bağlı ortaya yanaşmalar qoyur. Hesab edirəm ki, proseslə bağlı nəzarət gücləndirilməlidir. Çünki bir fərdi yaşayış evinin (xüsusilə də əgər bir mərtəbəli olacaqsa) tikintisinə bu qədər vəsaitin ayrılması çoxdur. Lakin bütün hallarda ev tikilib başa çatdıqdan sonra dəqiq demək olar ki, rəqəmlər nə dərəcə üst-üstə düşür”.
İqtisadçı Natiq Cəfərli deyib ki, bu sualı cavablandırmaq bir qədər çətindir:
“Populizm xatirinə demək olar ki, çox bahadır, bundan ucuz etmək olar və s. Amma əlimizdə faktlar yoxdur. Səhv onda oldu ki, həmin bölgələrdə tikinti materialları istehsalı müəssisələri yaratmadan, böyük tikinti işlərinə start verildi. Bütün tikinti materialları isə Bakıdan, Qubadan, Qusardan və digər bölgələrdən daşınır. Təsəvvür edin ki, bu rayonlardan Xankəndiyə, Laçına, Kəlbəcərə daşınan tikinti materialları neçəyə başa gəlir. Burada yanlışlıq qiymətlərin hesablanmasının şişirdilməsi deyil. Onsuz da belə şeylər Azərbaycanda hər zaman olub. Əsas məsələ strateji planlama səhvidir”.
Natiq Cəfərli
İqtisadçının fikrincə, həmin ərazilərdə tikinti materialları müəssisələri yaradılsa idi, insanların iş yerləri ilə təminatına da xidmət etmiş olardı:
“O ərazilərdə tikinti materialları müəssisəsi olardısa, bəli, həmin bölgələrdə tikinti işlərinin maya dəyəri də xeyli dərəcədə ucuzlaşa bilərdi”.
globalinfo.az yazıda onu da xatırladıb ki, işğaldan azad edilən ərazilərdə aparılan tikinti quruculuq işlərində yol verilən neqativ hallarla bağlı son vaxtlar məlumatlar intensiv hal alır. Əsasən də fərdi yaşayış evlərinin tikintisi istiqamətində müzakirələr gedir. Mümkündür ki, dövlət bu məsələlərə həssaslığı artırsın. Yeyinti və korrupsiya faktları aşkarlanarsa, həbslərin olacağı istisna deyil.
araz.az xəbər portalı.