araz.az-ın əldə etdiyi məlumata görə, xəbərglobaltv.az saytının rəhbəri, jurnalist Orxan Əhmədov da saxlanılıb. Daxil olan məlumatda bildirilir ki, o, başqasının əmlakını hədə-qorxu ilə tələb etmədə təqsirləndirilir.
Belə ki, O. Əhmədovun Tovuz Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktorunun inzibati məsələlər üzrə müavini C. Abdullayevə zəng edərək, haqqında həqiqətə uyğun olmayan paylaşımlar etməklə hədə-qorxu gəldiyi bildirilir. İddialara görə, o, C.Abdullayevdən şantaj yolu ilə pul alıb.
Orxan Əhmədovun qarşı Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə ittiham irəli sürülüb. Onun barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
araz.az xəbər portalı.