Bu ilin ilk 9 ayının yekununa olan məlumata görə Dövlət Neft Fondunun investisiya portfelində qızılın payı 17,7 faizə və ya 127 tona çatıb.
araz.az açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bu ilin birinci rübünün yekununda Neft Fondunda qızılın həcmi 104,6 ton olub. Qeyd edək ki, ilin ikinci rübünün yekununda qızılın həcmi 114,9 tona çatdırılıb. Neft Fondu 2-ci rübdə 10 ton, 3-cü rübdə isə 12,1 ton qızıl alıb. Hazırda Fondun sərəncamında olan qızılın ümumi dəyəri 10 milyard 830,8 milyon dollara bərabərdir.
araz.az xəbər portalı.