araz.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
O, dünya çoxluğunun təmsilçiliyinin BMT Təhlükəsizlik Şurasında təmininin önəmli olduğunu söyləyib.
Qeyd edək ki, BMT TŞ-nin hazırda 5 daimi üzvü var. Bunlar Rusiya, Çin, ABŞ, Fransa və Böyük Britaniyadır. Bir çox ölkələr bu siyahının genişləndirilməsini istəyirlər. Onların bir qismi siyahıya Yaponiya, Almaniya, Hindistanın daxil edilməsini istəyirlər. BMT TŞ-nin genişləndirilməsini ABŞ və Fransa da dəstəkləyib. Bununla belə tərəflər növbəti üzvlərin kim olacağı fikrində ortaq nöqtə tapa bilməyiblər. Fransa BMT TŞ-nin daimi üzvlüyününün Almaniya, Yaponiya, Hindistan və Braziliyaya verilməsini istəyib, lakin ABŞ bu ölkələr sırasında Afrika ölkələrini də görmək istədiyini açıqlayıb.
Türkiyə də son illərdə BMT TŞ ilə bağlı iddialarını artırıb. Ankara bu təşkilatın daimi üzvü olmaq haqqına sahib olduğunu bildirsə də ona bu məsələdə dəstək verənlərin sayı kifayət qədər deyil. Maraqlıdır ki, Türkiyə ilə münasibətlərin sıxlığına önəm verən Moskva da bu məsələdə Ankaranı dəstəkləmir.
araz.az xəbər portalı.