araz.az qeyd edir ki, bir qrup Masallı rayon Müsaküçə kənd sakininin nyus.az saytına verdiyi məlumatda, elə oranın ərazi nümayəndəsi Sirac Şahverdiyevin və bələdiyyə sədri Rafiq Eynullayevin göstərişi ilə, 10-a yaxın orta və iridiametirli tut ağaclarının kəsilməsi bildirilir.
Ölkəmizdə COP29 tədbirinə hazırlıq işləri getdiyi bir vaxtda bu biabırçılıq nəyə lazımdır?!
Qeyd: nyus.az saytı bir neçə gün öncə sözügedən ərazidə olan digər ağacların kəsilmə faktların yayımlamışdır.
Növbəti yazılarımızda adları çəkilən məmurların sözügedən kənddə törətdiyi digər cinayət faktları barədə geniş və ətraflı məlumat verəcəyik. Qarşı tərəfin mövqeyin dinləyib, dərc etməyə hazırıq.
araz.az xəbər portalı.