Fətullahçı Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülən dünyasını dəyişib.

Bəs, Fətullahçı Terror Təşkilatı FETÖ fəaliyyətini davam etdirəcəkmi? Bu ölümdən sonra Türkiyədə FETÖ-çülərin fəaliyyətində azalma baş verəcəkmi?

araz.az bildirir ki, mövzu ilə bağlı politoloqlar Turkustan.az-ın suallarını cavablandırıblar.

Elxan Şahinoğlu:

Politoloq Elxan Şahinoğlu bildirib ki, “FETÖ terror şəbəkəsinin lideri Fətullah Gülənin vəfatı bu şəbəkənin qısa zamanda çökəcəyi anlamına gəlmir.

Çünki bu şəbəkənin fəaliyyəti Türkiyədə ortadan qaldırılsa da, hələ də həbslər davam edir. Üstündən uzun illər keçsə də, şəbəkə 30-40 il ərzində qurulan sistemdir.

Xarici ölkələrdə əsasən də ABŞ və Avropa ölkələrində fəaliyyətini davam etdirir. Böyük ehtimalla Fətullah Gülən ölməmişdən qabaq varisini müəyyənləşdirib. Əlbəttə bu varis kim olacaqsa Gülən qədər tanınmış bir şəxs olmaya da bilər, amma həmin adam da çalışacaq ki, şəbəkəni ayaqda saxlasın.

Amma hər halda Gülən qədər tanınmış sima olmayacağı təqdirdə fəaliyyəti də bir qədər azala bilər. Halbuki terror təşkilatının əlində böyük maliyyə imkanları var.

Ola bilsin hətta maliyyə resurslarına görə nəzarət uğrunda təşkilatın içində ixtilaf baş versin. Türkiyə yəqin ki, bu istiqamətdə fəallığını artıracaq. Gülənin vəfatı ilə əslində Türkiyənin başlıca məqsədi o olacaq ki, şəbəkə Türkiyə ilə yanaşı başqa ölkələrdə də çökəltsinlər. Bu istiqamətdə yəqin Ankarada fəallığını artıracaq”.

Abdullahiyanın Beyruta səfərinin gizlinləri...

Atlas Araşdırmalar Mərkəzinin eksperti Zeynal Əmrəliyev isə bildirib ki, “Təbii ki, Fətullah Gülən ölümü təşkilata çox ciddi şəkildə təsir göstərəcək və təşkilatda azalmaların şahidi olacağıq. Çünki bu təşkilat sırf Gülənin şəxsiyyəti üzərində formalaşıb. Təşkilat demək olar ki, Gülən tərəfindən və xarici dəstəklər tərəfindən yaradılmış bir təşkilatdır. Onun şəxsiyyəti üzərində formalaşmışdı. Yəni FETÖ dedikdə ağıla gələn məhz Fətullah Güləni idi. Gülənin ölümü bu təşkilat üçün ciddi hadisədir. Təşkilatın fəaliyyətinə ciddi təsir edəcək. Bundan sonra artıq təşkilatın toparlanması lazımdır. Onun yerinə kim gələcək? Təşkilat fəaliyyətini ümumilikdə dayandıracaqmı? Bu kimi məsələlərdə aktualdır. Təbii ki, məlum olduğu kimi FETÖ ABŞ xüsusi xidmət orqanları tərəfindən yaradılmış bir təşkilatdır.

Onun fəaliyyətinin tənzimlənməsində də ABŞ-ın çox böyük rolu var. Zatən uzun müddətdir ki, Fətullah Gülən özü ABŞ-da yaşayır və onun təhlükəsizliyinə də ABŞ tərəfindən təminat verilir. Fətullah Güləndən sonra FETÖ fəaliyyətini dayandıracaqmı? rəhbəri kim olacaq? Bu məsələyə zənnimcə ABŞ qərar verərək. Rəhbəri olmağa iddialı insanlar var. Ancaq bundan sonra nə olacaq? Çünki Türkiyə başda olmaqla digər ölkələrdəki təşkilatlanmış qruplaşma demək olar ki, fəaliyyətində həmin ölkələrdə qadağa qoyulur və maliyyə mənbələri məhrum edilib. Təhsil sahəsində ağırlıqları var idi, təhsil sahəsindən çəkiliblər. Bu təşkilatın fəaliyyətini davam etdirməsinin bir o qədər də əsəs səbəbi qalmayıb.

Onsuz da, Türkiyədə 2015-ci il hadisələri baş verdikdən sonra təşkilat fəaliyyətini dayandırmışdır. Faktiki olaraq fəaliyyəti dondurulmuş vəziyyətdədir. Ona görə də düşünürəm ki, yeni lider seçib davam elətdirmək istənilsə belə Gülənin dövründəki effekti verməyəcək və böyük ehtimalla artıq FETÖ sıradan çıxacaq.

 

araz.az xəbər portalı.