MHP sədri Dövlət Baxçalı FETÖ lideri Fətullah Gülənin ölümü ilə bağlı açıqlama verib. araz.az bildirir ki, ölkə mediası da, qardaş ölkənin mətbuatına istinadən, onun, partiyasının deputat fraksiyasının qarşısında etdiyi çıxışı zamanı Gülənin dünən ABŞ-da ölməsi faktına toxunub.
MHP lideri Abdullah Öcalanı da xəyanətdə ittiham edib və ona o dünyada “cəhənnəm” arzulayıb: “Türkiyədə onu dəfn edəcək torpaq yoxdur. Diləyim FETÖ lideri terrorçunun cəhənnəmdə əbədi yanmasıdır”.
MHP lideri onu da deyib ki, böyük Türkiyə dövlətinin hədəfləri istiqamətində hər addımı atmağa hazırdırlar: “Biz bu yöndə qərarlı və inanclıyıq!”.
Nadir HƏSƏNLİ,
araz.az xəbər portalı.