“Ötən illər ərzində biz Paşinyanın nə qədər ziddiyyətli bir fiqur kimi çıxış etdiyini, səsləndirdiyi fikirlər, verdiyi bəyanatlar və atdığı addımlar arasında necə dərin uçurum olduğunu dəfələrlə görmüşük. Bu, həmin Paşinyandır ki, hakimiyyətə gələndən sonra 2019-cu ildə “Qarabağ Ermənistandır” ifadəsini işlətdi. Onun müdafiə naziri Tonoyan isə Azərbaycana qarşı növbəti ərazi iddialarından danışdı. Amma sonralar Paşinyan bəyan etdi ki. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü 1991-ci il Alma-Ata bəyannaməsi əsasında tanıyır. Bəs Paşinyan Azərbaycan ərazisi olan Şuşada sərxoş vəziyyətdə necə yallı gedirdi? Yəni Ermənistan lideri həmişə fərqli və ziddiyyətli fikirlər səsləndirir. Eyni zamanda dünyanın diqqətində özünü sülh təşəbbüskarı kimi göstərməyə çalışır. Düşünürəm ki, onun bu fikirlərinə Azərbaycan tərəfi haqlı olaraq inanmayacaq. Çünki sülh sazişinin dalana dirənməsinin əsas səbəbi Ermənistanın Konstitusiya əsasında Azərbaycana qarşı ərazi iddialarından əl çəkməməsidir. Biz Nikol Paşinyanın səmimiyyətinə inanmadığımız üçün Ermənistanda referendum keçirilməsini tələb edirik. Bu hissədə özümüm üçün prinsipial mövqe ortaya qoymuşuq ki, Paşinyandan sonra hakimiyyətə gələnlər Azərbaycana qarşı ərazi iddiaları irəli sürməsinlər”.
Politoloq əlavə edib ki, Paşinyan o qədər səmimidirsə, o zaman de-fakto mövcud olamayan ATƏT-in Minsk Qrupu adlı institutun ləğv edilməsi ilə bağlı mövqe ortaya qoymalıdır:
“Amma onlar revanşist hissləri qoruyub saxladıqları üçün bu addımı atmırlar. Digər tərəfdən isə sürətlə silahlanırlar. Bu gün Ermənistana 500 kilometrlik məsafəni vurmaq iqtidarında olan silahlar verilir. Halbuki, Ermənistanın bir sərhədindən digərinə olan məsafə heç 200-300 kilometr deyil. Görünən odur ki, bu silahlar gələcəkdə Azərbaycana qarşı çevriləcək. Ona görə də, Ermənistanın baş nazirinin heç bir fikirinə inanmaq olmaz. Digər tərəfdən Paşinyan dolayı yolla dünyanın diqqətinə çatdırmaq istəyir ki, Azərbaycan guya Ermənistan ərazilərini işğal edib. Özlərini qurban vəziyyətində göstərməyə çalışırlar. Amma undurlar ki, Ermənistan Azərbaycanın ərazilərini 20 ilə yaxın işğal altında saxlayıb və vandalizmə məruz qoyub. Odur ki, Ermənistanın Azərbaycanı ittiham etməsi öz-özlüyündə çirkin bir kampaniyanın tərkib hissəsidir. Bütün bunlar bir daha göstərir ki, Paşinyanın əsas niyyəti mümkün qədər prosesi uzatmaq, silahlandırmanı sürətləndirmək, güclənmək və Azərbaycana qarşı revanşist müharibəyə başlamaqdır. Bu yolla yenidən öz Konstitusiyalarında mövcud olan missiyanı həyata keçirməyə çalışırlar”.
araz.az xəbər portalı.