Dünyanın ən böyük təbii qaz hasilatı şirkəti olmaqla yanaşı, Federasiyanın iri qaz sənayesinin lider dövlət qurumu kimi də özünü tanıdan "Qazprom"un gələcəyi soydaşımıza həvalə edilir. Konkret desək, 1989-cu ildə SSRİ Qaz Sənayesi Nazirliyi tərəfindən yaradılan və Baş ofisi Rusiyanın paytaxtı Moskva şəhərində yerləşən “Qazprom”un rəhbərliyində başlanmış əhəmiyyətli kadr dəyişiklikləri sona çatan kimi həmyerlimiz Famil Sadıqov rəhbər postunda əyləşəcək. araz.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya xüsusi xidmət orqanlarına yaxın Telegram kanalları məlumat yayıb. Onu da qeyd edək ki, Şirkətin 62 yaşlı rəhbəri Aleksey Millerin səhhətinə görə tezliklə dövlət korporasiyasına rəhbərlik edə bilməyəcəyi deyilir və çoxdan onun xələfinin müavini, əslən azərbaycanlı Famil Sadıqovun olacağı çoxdan proqnozlaşdırılıb. Həmçinin bildirilir ki, Sergey İvanin “Qazprom Gazonefteproduct Holding”in rəhbəri vəzifəsini tərk edir. Bu şirkət illik iki milyarda yaxın gəlir gətirən əsas şirkət "Qazprom"un güclü törəmə şirkətidir. Məlumata görə, “tezliklə” İvanindən sonra, növbə “Qazprom”da aparıcı vəzifə tutan və yüksək reputasiyaya malik Yelena Sekarinaya çatacaq. Səməndər QURBANOV,