Ankarada törədilmiş terror aktı ilə əlaqədar Azərbaycan Milli İstiqlal Partiyası Bəyənat verib. araz.az partiyanın Bəyanatını təqdim edir.
Bəyanatda deyilir: “Türkiyə Cümhuriyyətinin paytaxtı Ankarada, TUSAŞ-ın istehsal obyektində törədilmiş qanlı terror aktından sarsıldığımızı, eyni zamanda hiddətləndiyimizi ifadə edirik. Bunu bütün Türk dünyasına və eyni zamanda bəşəriyyətə qarşı təcavüz kimi qiymətləndiririk. Günahsız insanların həyatlarını itirməsinə hesablanmış bu cinayət hadisəsini törədənlərə qarşı bütün qüvvələr səfərbər olunmalı və terror aktının sifarişçilərinə qarşı ən sərt mübarizə üsullarından istifadə edilməlidir.
Qardaş Türkiyənin kədəri kədərimiz, acısı acımızdır!
Həlak olanların ailə üzvlərinə və yaxınlarına baş sağlığı verir və səbr diləyir, yaralılara Uca Tanrıdan şəfa arzulayırıq!
Tanrı Türkiyəni və Azərbaycanı qorusun!”.
araz.az xəbər portalı.