Millət vəkili qeyd edib ki, cənab Prezident İlham Əliyevin hakimiyyətə gəlişindən sonra bu inam bir az da gücləndi:
Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan uğurlu döyüş əməliyyatları ilə oktyabrın 25-də Qubadlı şəhəri erməni işğalından azad edildi. Bununla da, Qubadlı rayonu üzərində Azərbaycanın suverenliyi bərqərar olundu, Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa edildi. Bununla əlaqədar, 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edildi. Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15189 hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edildilər.”
araz.az xəbər portalı.