Gürcüstanda parlament seçkilərinin nəticələrinə görə heç kim dövlət çevrilişi etməyi, Mərkəzi Seçki Komissiyasının  binasına soxulmağı planlaşdırmır.
araz.az xəbər verir ki, bu barədə Gürcüstan Prezidenti Salome Zurabişvili mətbuat konfransında bildirib.

“Heç kim və ilk növbədə mən burada dövlət çevrilişi etməyi planlaşdırmıram”, — deyə, Zurabişvili bildirib.

Bu deyilənlər də, qonşu ölkənin ictimai-siyasi durumundakı gərginliyin doğruluğuna bir işarədir və seçki yaxınlaşdıqca bu gərginliyin getdikcə sərtləşəcəyini deyir. 

 

araz.az xəbər portalı.